“Neftçi” Gənclər Liqasına böyükhesablı qələbə ilə başladı

1 sentyabr 2022, 13:30

“Neftçi” Gənclər Liqasında bu mövsüm ilk oyununu keçirib. Komandamız 1-ci turda “Turan Tovuz”u böyük hesabla məğlub edib – 5:0. Tovuz şəhər stadionunda baş tutan matçda qolları Fərid Səfərli, Oruc Məmmədov, Ömər Qurbanov, Ağası Babayev və Hakan Həsənov vurublar.