“Neftçi”nin 5 üzvü Türkiyə yığmasına qarşı

22 avqust 2022, 19:30

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabah təlim-məşq toplanışına başlayacaq. Avqustun 31-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 5 üzvü – Ömər Qurbanov, Aqil Əzimzadə, Nihad Əliyev, Aslan Şirinov və Lətif Rzayev dəvət olunublar. Toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz avqustun 27-də və 31-də türkiyəli yaşıdları ilə qarşılaşacaq.