“Neftçi”nin 4 üzvü U-19 milli komandasında

23 iyul 2022, 16:30

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışına başlayır. İyulun 31-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Rəvan Kazımov, Fariz Xeyrullayev, Nurlan Musayev və Ağadadaş Salyanski dəvət olunublar. Toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz iyulun 29-da və 31-də Belarusdan olan yaşıdları ilə qarşılaşacaq.