3 futbolçumuz Özbəkistan yığmasına qarşı

20 iyul 2022, 15:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. İyulun 22-dən 31-dək Qəbələdə baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Murad Məmmədov, Taleh Mahmudzadə və Enar Ağalarov dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz iyulun 26-da və 29-da Özbəkistandan olan yaşıdları ilə qarşılaşacaq.