“Neftçi” Kiprə sabah yollanacaq
“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Aris” (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir. Türkiyə toplanışından qayıdandan sonra birgünlük fasiləyə buraxılan komandamızın üzvləri iyulun 17-də məşqlərə başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub.
Sabah səhər Kiprə yola düşəcək “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Larnaka şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq. Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, “Aris” – “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Qarabağ”la oyuna hazırlıq davam edir
A Komanda 2 may 2024, 14:02 -
“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
A Komanda 30 aprel 2024, 11:20 -
Miodraq Bojoviç “Turan Tovuz” üzərindəki qələbəni şərh etdi
A Komanda 28 aprel 2024, 21:16 -
“Neftçi”dən böyükhesablı qələbə!
A Komanda 28 aprel 2024, 21:10