Sezar Meza Kolli əməliyyat olunub
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub. Futbolçunun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib. Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.