Rəhman Hacıyev “Neftçi”yə qayıtdı

22 iyun 2022, 19:48

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Rəhman Hacıyev komandaya qayıdıb. 28 yaşlı futbolçunun “Şamaxı” klubu ilə icarə müqaviləsi başa çatıb. O, “Neftçi”də 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” ilə 2023/2024 mövsümünün sonunadək müqaviləsi olan Rəhman Hacıyev 2014-2020-ci illər ərzində komandamızın heyətində 166 oyuna çıxıb, 16 qol vurub.