12 futbolçumuz qadınlardan ibarət milli komandalarda

18 iyun 2022, 12:35

“Neftçi” PFK-nın 9 üzvü 17 yaşadək, 3 üzvü isə 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Aydan Həsənova, Aysu Murtuzayeva, Lalə Abbaszadə, Məsumə Nəzərli, Röya Əliyeva, Fatimə Əhmədova, Xanım Mirzəzadə, Ayşən Salamzadə və Arzu Cəfərova U-17-nin, Məryəm İsayeva, Aytac Mirzəyeva və İntizar Haqverdiyeva isə U-19-un heyətində iyunun 19-dan 27-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.