“Neftçi”nin 6 üzvü U-19 milli komandasında

19 may 2022, 13:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Mayın 22-dən 27-dək Bakıda keçiriləcək toplanışa “Neftçi” PFK-nın 6 üzvü – Ağadadaş Salyanski, Rəvan Kazımov, Fariz Xeyrullayev, Rüfət Abbasov, Elcan Əbilov və Nurlan Musayev dəvət olunub.