“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir

18 may 2022, 13:00

“Neftçi” Futbol Akademiyası 2012-2016-cı il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir. Seçimlər 26-27 may, 2-3, 9-10, 16-17 iyun tarixlərində “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 18:00-da başlayacaq.

Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 218 49 88, +994 77 219 50 32 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.