7 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında

14 may 2022, 19:00

“Neftçi” PFK-nın 7 futbolçusu 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Aydan Həsənova, Aysu Murtuzayeva, Lalə Abbaszadə, Məsumə Nəzərli, Röya Əliyeva, Fatimə Əhmədova və Xanım Mirzəzadə mayın 15-dən 23-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.