“Sumqayıt” – “Neftçi” matçını Kamal Umudlu idarə edəcək

3 may 2022, 13:30

Premyer Liqada 25-ci turun təyinatları açıqlanıb. “Sumqayıt” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu mayın 4-ü saat 20:00-da “Kapital Bank Arena”da keçiriləcək.