“Neftçi-2” “Zirə-2”yə azlıqda qalib gəldi

1 may 2022, 18:42

I Divizionda 25-ci tura start verilib. “Neftçi-2” bu turda “Zirə-2”ni qəbul edib. “Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 34-cü dəqiqəsində Xəqani Sadıxovun vurduğul qol sayəsində qələbə qazanıb – 1:0. 41-ci dəqiqədə Hüseyn Əhmədov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün əvəzedicilərimiz mübarizəni bir nəfər azlıqda davam etdirib.

Qeyd edək ki, “Neftçi-2” hazırda 22 oyundan 37 xalla 3-cü yeri tutur.