“Neftçi”nin 13 futbolçusu təlim-məşq toplanışlarında
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Aprelin 10-dan 17-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Enar Ağalarov və Taleh Mahmudzadə dəvət ediliblər.
Bu gün Bakıda və regionlarda Elit-məşq layihəsinə cəlb olunan uşaqlar arasından seçilən futbolçuların təlim-məşq toplanışı başlayıb. Aprelin 9-dək Bakıda təşkil olunacaq toplanışda “Neftçi” PFK-nın 2009 və 2010-cu il təvəllüdlü 11 futbolçusu – Səttar Tahirzadə, Amil İbişov, Ramin Abıyev, Elşən Hidayətov, Adnan Bünyatov, Rüstəm Hüseynli, Yusif Quliyev, İbrahim Eynullalı, Rəşad Şirməmmədli, Arzu Məmmədli və Əli Hacızadə iştirak edirlər.
Qeyd edək ki, hazırlıq prosesinin son günündə ikitərəfli oyun keçiriləcək.
Tövsiyə olunur
-
Futbolçularımız seleksiya xarakterli toplanışda
Akademiya 26 aprel 2024, 18:24 -
“Neftçi”nin 4 üzvü qadınlardan ibarət U-17 milli komandasında!
Akademiya 23 aprel 2024, 17:01 -
3 futbolçumuz U-17 milli komandasında!
Akademiya 15 aprel 2024, 16:45 -
“Neftçi”nin 6 üzvü Latviyaya yollanacaq
Akademiya 13 mart 2024, 16:23