“Neftçi” PFK səfirlərini təqdim edir

31 mart 2022, 21:00

“Neftçi” PFK 2022-ci il #MoreThanFootball fəaliyyət həftələri üçün səfirlərini təqdim edir. Bunlar milli komandamızın üzvləri – Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı və nigeriyalı futbolçumuz Yusuf Lavaldır. “Neftçi” PFK olaraq martın 21-də başlayan və aprelin 14-dək davam edəcək bu layihənin bir parçası olduğumuzu qürurla bildiririk.