“Qəbələ” ilə oyunun biletləri sabah satışda olacaq

17 mart 2022, 17:20

Premyer Liqanın 20-ci turu çərçivəsində martın 18-i saat 19:37-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri sabah saat 11:00-da satışa çıxarılacaq. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar saat 19:37-dək işləyəcək.