“Neftçi-2” azlıqda qalıb, məğlub oldu

23 fevral 2022, 17:28

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 15-ci turda “Qəbələ-2”yə məğlub olub – 0:3. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 15-ci dəqiqəsində Ramin Doobinin qolu ilə hesabı açan qonaqlar 23-cü dəqiqədə – komandamızın üzvü Nihad Qurbanlı qırmızı vərəqə alandan sonra penalti ilə daha bir qol vurub. Mehrac Baxşalı fərqlənib. 90+5-ci dəqiqədə görüşdə son nöqtəni də Baxşalı qoyub.

Qeyd edək ki, “Neftçi-2” 14 oyundan 23 xalla 4-cü yeri tutur.