“Neftçi” PFK ilə “Türk Hava Yolları” arasındakı əməkdaşlıq davam edəcək
Artıq 3 ildir “Gələcək üçün buradayıq!” şüarı ilə “Neftçi” PFK-ya dəstək verən və klubumuzla əməkdaşlıq edən “Türk Hava Yolları” ilə başa çatan brend əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb. Qardaş Türkiyənin dünya markası daha 1 il komandamıza dəstək verəcək.
İllərdir birlikdə çıxdığımız yolda klubumuza böyük dəstək verən şirkət ilə bağlanmış yeni müqaviləyə əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
Qeyd edək ki, 1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür. 128 ölkədə 278 beynəlxalq və 50 daxili olmaqla 328 istiqamət üzrə uçuşlar həyata keçirən 373 (sərnişin və yük) təyyarə parkına malikdir. “Türk Hava Yolları” haqqında daha ətraflı məlumatı www.turkishairlines.com rəsmi internet saytından və ya Facebook, Twitter, YouTube, LinkedIn və Instagram sosial media hesablarından əldə etmək olar. 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK-ya maddi və mənəvi cəhətdən öz dəstəyini verir.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25