“Neftçi” PFK yeni idman direktorunu təqdim etdi

21 dekabr 2021, 16:30

Bu gün “Neftçi” PFK-nın yeni idman direktoru Zaur Əzizovun təqdimat mərasimi keçirilib. “Bakcell Arena”nın konfrans zalında baş tutan tədbirdə Əzizovla yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.

Təqdimat mərasimindən sonra mətbuat konfransı olub. Konfransda çıxış edən klubumuzun nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.