“Neftçi” Futbol Məktəbi fəaliyyətə başlayır

30 noyabr 2021, 20:15

“Neftçi” PFK daha bir layihəyə start verir. Klubun nəzdində yaradılan “Neftçi” Futbol Məktəbi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Burada uşaqlara texniki, taktiki və koordinasiya baxımından bacarıqlar öyrədilərək, ölkə idmanına və “Neftçi” Futbol Akademiyasına peşəkar futbolçular qazandırmaq məqsədilə əsas futbol təlimləri keçiləcək. Buna görə də futbolun sirrlərini bizimlə öyrənmək istəyən 6-12 yaşlı uşaqları məktəbimizə dəvət edirik.

Məşqlər “Neftçi” PFK-ya məxsus “Türk Hava Yolları Futbol Mərkəzi”ndə Futbol Akademiyasının məşqçiləri tərəfindən keçiriləcək. Məktəbizə yazılmaq istəyənlər üçün artıq qeydiyyat prosesinə start verilib. Ödənişli əsaslarla təşkil olunacaq dərslərə qatılmaq istəyənlər ətraflı məlumat üçün +994 5 1937 1937 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Əgər 6-12 yaşlarındasansa, sadəcə, idman etmək, futbolu sevmək, futbolun əsas qaydalarını öyrənmək, bacarıqlarını inkişaf etdirməklə “Neftçi” Futbol Akademiyasına daxil olmağa hazıram” deyirsənsə, bu məktəb Sizin üçündür. “Neftçi” Futbol Məktəbi yolunuzu gözləyir.