“Neftçi-2” Tovuzdan qələbə ilə qayıdır

23 noyabr 2021, 17:20

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 9-cu turda “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” qalib gəlib – 1:0. Qələbə qolunu 45-ci dəqiqədə Əli Sadıxov vurub. 85-ci dəqiqədə isə Nicat Musayev qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” hazırda 8 oyundan 10 xalla 7-ci yeri tutur.