“Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırılıb

13 noyabr 2021, 19:00

“Neftçi” PFK-nın “Türk Hava Yolları Futbol Mərkəzi”ndə tribuna quraşdırılıb. Bundan sonra bazanın 4-cü meydançasında keçiriləcək matçları 210 nəfər azarkeşin izləməsi mümkün olacaq.

Qeyd edək ki, I Divizion komandalarının meydanında tribunaların olması PFL-in tələblərindən biridir. I Divizionda mübarizə aparan “Neftçi-2” ilə yanaşı, U-19, U-17, U-16 və U-15 komandalarımız da uyğun olaraq təşkil olunan liqalarda ev oyunlarını “Türk Hava Yolları Futbol Mərkəzi”nin 4-cü meydançasında keçirir.