U-14 komandamızdan böyükhesablı qələbə

7 noyabr 2021, 11:45

“Neftçi” U-14 Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 4-cü turda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. “Dalğa Arena”da baş tutan matçda qollara Elvin Vəliyev, Vüsal Kərimov və Fateh Əsgərzadə imza atıblar.

Qeyd edək ki, U-14 komandamız 3 oyundan 7 xal toplayıb.