“Neftçi” ailəsinin üzvü olan şəhidlərimizin adına “Xatirə Lövhəsi” açılıb
44 günlük Vətən müharibəsində şəhid olan “Neftçi” azarkeşlərinin adının əbədiləşdirilməsi məqsədilə bu gün “Bakcell Arena”da “Xatirə Lövhəsi”nin açılış mərasimi keçirilib. Tədbirdə “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, şəhid valideynləri, klub və komanda üzvləri iştirak ediblər.
Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca klub prezidenti Kamran Quliyev “Neftçi” ailəsinin üzvü olan şəhidlərimizlə bağlı xatirələrini bölüşüb və onların azarkeşliklərindən söz açıb. Daha sonra çıxış edən şəhid valideynləri qəhraman övladlarının futbola, xüsusilə “Neftçi”yə olan sevgisindən danışıblar. Bundan sonra şəhid valideynlərinin iştirakı ilə “Xatirə Lövhəsi”nin açılışı baş tutub.
Qeyd edək ki, “Xatirə Lövhəsi”ndə “Neftçi” azarkeşi olan 4 şəhidimiz – mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə, əsgər Afiq Qulamlı və Asim Quliyevin adları yer alıb.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25