“Neftçi-2” Gəncədən 1 xalla qayıdır

27 oktyabr 2021, 16:40

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 6-cı turda “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda baş tutan matçda qalib müəyyənləşməyib – 2:2. “Neftçi-2”dən Asim Əlizadə (61-ci dəqiqə) və Əli Sadıxov (69-cu dəqiqə), rəqibdən isə Nicat Süleymanov (28-ci dəqiqə) və Emil Qasımov (38-ci dəqiqə) fərqlənib. Komandamızın üzvü Xəqani Sadıxov 80-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 6 oyundan 7 xalla 7-ci yeri tutur.