7 futbolçumuz U-18 milli komandasında

27 oktyabr 2021, 11:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 27-dən noyabrın 1-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 7 üzvü – Fariz Xeyrullayev, Hüseyn Məmmədzadə, Elcan Əbilov, Bahadur Quliyev, Nurlan Musayev, Rüfət Abbasov və Rəvan Kazımlı dəvət olunub.