“Zirə” ilə matçın hazırlığı başa çatdı
“Neftçi” Premyer Liqada ikinci dövrənin ilk oyununa hazırlığı başa vurub. Birgünlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb. Zədəli Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı sabah saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.