“Neftçi-2”dən 5 cavabsız qol

19 oktyabr 2021, 18:13


“Neftçi-2” I Divizionda ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 5-ci turda “Sumqayıt-2”nin qapısından 5 cavabsız top keçirib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə qolları Ramin Nəsirli (41-ci dəqiqə), Xəqani Sadıxov (48 və 57-ci dəqiqələr), Əli Sadıxov (52-ci dəqiqə) və Fərid İsgəndərov (83-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 5 oyundan 6 xalla 6-cı yeri tutur.