“Neftçi” Sumqayıtdan 1 xalla qayıdır

17 oktyabr 2021, 18:50

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 7-ci turda “Sumqayıt”la qarşılaşıb. “Kapital Bank Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1. 50-ci dəqiqədə rəqib futbolçu Murad Xaçayev hesabı açsa da, 4 dəqiqə sonra Sabir Buqrin bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 14 xalla 2-ci yeri tutur.