Gənclər Liqasında ilk xal itkisi

15 oktyabr 2021, 16:30

“Neftçi” bu mövsüm Gənclər Liqasında ilk dəfə xal itirib. Komandamız 3-cü turda “Sabah”la heç-heçə edib – 2:2. Binə stadionunda baş tutan matçda “ağ-qaralar”ın hər iki qoluna Ağadadaş Salyanski imza atıb.

Qeyd edək ki, “Neftçi” 3 turdan sonra 7 xal toplayıb.