“Sumqayıt”la oyun saat 16:30-da başlanacaq

10 oktyabr 2021, 11:00

Premyer Liqada 7-ci turun oyun cədvəli açıqlanıb. Oktyabrın 17-si “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 16:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 6 turdan sonra 13 xalla 2-ci yeri tutur.