4 futbolçumuz Qəbələ toplanışında

22 sentyabr 2021, 16:20

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 22-dən 29-dək Qəbələ şəhərində təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Murad Məmmədov, Amin Muradov, Əli Aslanzadə və Fərid Əhmədov çağırılıb.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçiblər.