“Neftçi” İsgəndər Cavadovu təbrik etdi

22 sentyabr 2021, 14:35

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovu 65 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub prezidenti ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, İsgəndər Cavadov 1977-1988-ci illər ərzində “Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.