“Neftçi-2” Qəbələdə uduzdu

21 sentyabr 2021, 17:15

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 2-ci turda “Qəbələ-2”nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan matçda əvəzedicilərimiz 1:3 hesabı ilə məğlub olub. “Ağ-qaralar”ın yeganə qolunu 90+1-ci dəqiqədə Famil Camalov vurub.

Qeyd edək ki, “Neftçi-2” 2 oyundan sonra xal toplamayıb.