“Keşlə” ilə oyuna hazırlıq tam heyətlə davam edir
“Neftçi” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “Keşlə”la matçın hazırlığını davam etdirir. Birgünlük fasilədən sonra sentyabrın 15-də hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların iştirak etdityi hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu sentyabrın 19-u saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.