“Keşlə” ilə matçın biletləri satışa çıxarıldı

17 sentyabr 2021, 15:10

Premyer Liqanın 4-cü turu çərçivəsində sentyabrın 19-u saat 18:30-da "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 18:30-dək işləyəcək.