“Neftçi” – “Qarabağ” matçının biletləri bu gün satışda

10 sentyabr 2021, 12:00

Premyer Liqanın 3-cü turu çərçivəsində sentyabrın 12-si saat 20:30-da "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılacaq. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün və sabah saat 12:00-dan 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.