“Neftçi”nin futbolçusu “Olimpiakos”a transfer olundu
“Neftçi” PFK futbolçu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb. Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.
Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.