4 futbolçumuz Türkiyə yığmasına qarşı

31 avqust 2021, 17:10

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 31-dən sentyabrın 7-dək Bakıda təlim-məşq toplanışı olacaq. Millimiz hazırlıq çərçivəsində sentyabrın 3-də və 6-də türkiyəli yaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Toplanış və sınaq matçlarına “Neftçi” PFK-nın 4 üzvü – İbrahim İbrahimli, Rüfət Abbasov, Murad Məmmədov və Lətif Rzayev dəvət olunub.