“Neftçi-2” təlim-məşq toplanışını başa vurdu

29 avqust 2021, 23:20

“Neftçi-2” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Neftçi TV” vasitəsilə canlı yayımlanmış matçda əvəzedicilərimiz qardaş ölkənin “İspartaspor” klubuna 1:3 hesabı ilə məğlub olub. Komandamızın qoluna İsparta Atatürk şəhər stadionunda baş tutan görüşün 80-ci dəqiqəsində penaltidən Hüseyn Əhmədov imza atıb. Rəqibin qolları isə 33, 38 və 59-cu dəqiqələrdə vurulub.

Qeyd edək ki, “Neftçi-2” bundan əvvəl “Berqama Belediyespor” (0:1) və “Ergene Velimeşe” (1:0) klubları ilə qarşılaşmışdı.