“Neftçi”nin futbolçuları U-19 milli komandasında

29 avqust 2021, 14:55

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 1-dən 8-dək Serbiyanın Subotiça şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. U-19 bu turnirə hazırlıq məqsədilə avqustun 30-31-də Bakıda, sentyabrın 1-dən isə Serbiyada toplanış keçirəcək. Hazırlıq prosesinə və turnirə “Neftçi” PFK-nın 2 üzvü – Hüseyn Babayev və David Orucov dəvət olunub.

Qeyd edək ki, U-19 milli komandamız turnir çərçivəsində sentyabrın 3-də Serbiya, 5-də Macarıstan, 7-də isə Monteneqro ilə qarşılaşacaq.