“Neftçi-2” ikinci sınaq matçında qələbə qazandı

25 avqust 2021, 20:20

“Neftçi-2” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Əvəzedicilərimiz qardaş ölkənin “Ergene Velimeşe” klubuna 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 52-ci dəqiqədə Famil Camalov imza atıb.

Qeyd edək ki, bundan əvvəl “Berqama Belediyespor”la qarşılaşmış (0:1) “Neftçi-2”nin avqustun 29-da sonuncu sınaq matçı nəzərdə tutulub.