“Neftçi”nin 5 futbolçusu U-21 milli komandasında

21 avqust 2021, 22:43

“Neftçi” PFK-nın 5 futbolçusu – İsmayıl Zülfüqarlı, Mert Çelik, Fərid Yusifli, Asim Əlizadə və Vüsal Əsgərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-si Bakı vaxtı ilə saat 21:00-da Velika Qoritsa şəhər stadionunda Xorvatiya, ayın 7-si saat 20:00-da isə Rid-innkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, komanda bu oyunlara hazırlıq məqsədilə avqustun 22-dən etibarən təlim-məşq toplanışında olacaq. Mert Çelik, Asim Əlizadə və Vüsal Əsgərov Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” ilə cavab matçından sonra düşərgəyə qoşulacaqlar.