“Makkabi” ilə ilk matçın hazırlığı yekunlaşdı

18 avqust 2021, 21:00

“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı İsrailin “Makkabi” (Hayfa) klubu ilə ilk oyundan əvvəl son məşqə çıxıb. “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, avqustun 19-u “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu saat 21:00-da başlanacaq.