“Neftçi-2” ilk turda “Sabah-2” ilə qarşılaşacaq

18 avqust 2021, 15:10

Bu gün Azərbaycan I Divizionunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan püşkün nəticəsinə görə “Neftçi-2” ilk turda “Sabah-2”ni qəbul edəcək.

Qeyd edək ki, I Divizionda yeni mövsüm sentyabrın 13-də start götürəcək.