“Neftçi-2” Türkiyədə təlim-məşq toplanışı keçəcək

13 avqust 2021, 16:05

“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir. Avqustun 2-dən etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Əvəzedicilərimiz “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Sabah-2” ilə heç-heçə edib – 0:0.

Qeyd edək ki, “Neftçi-2” hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.