HİK-lə ilk oyunun hazırlığı yekunlaşdı

2 avqust 2021, 20:47

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Finlandiyanın HİK klubu ilə ilk oyundan əvvəl son məşqə çıxıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, avqustun 3-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.