“Neftçi” Yunanıstanda ilk məşqə çıxdı

20 iyul 2021, 00:16

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Olimpiakos” ilə ilk matçın hazırlığını davam etdirir. Bu gün səhər saatlarında Yunanıstana yola düşən komandamızın üzvləri AEK klubunun təlim-məşq bazasında axşam məşqinə çıxıb.

Qeyd edək ki, “Olimpiakos”la ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək.