“Olimpiakos”la ilk oyunumuz portuqaliyalılara tapşırıldı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək “Olimpiakos” – “Neftçi” matçının təyinatları açıqlanıb. Oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.
UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-i “Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.
Tövsiyə olunur
-
“Qəbələ” ilə oyuna hazırlıq davam edir
A Komanda 27 mart 2024, 19:30 -
“Neftçi” – “Spartak” oyunu ləğv olundu
A Komanda 23 mart 2024, 16:25 -
“Spartak”la oyuna media nümayəndələrinin qeydiyyatı başlandı!
A Komanda 18 mart 2024, 14:30 -
Bu gün #MoreThanFootball fəaliyyət həftələrinə başlayırıq
A Komanda 18 mart 2024, 14:00