Səməd Qurbanov – 68
Bu gün “Neftçi”nin veteran futbolçusu, klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun 68 yaşı tamam olur. 1953-cü ildə dünyaya gəlmiş yarımmüdafiəçi “Neftçi”nin tarixində ən çox oyun keçirmiş 3-cü futbolçudur. O, 1972-1984-cü illər ərzində 393 rəsmi matçda meydana çıxıb, 22 qolun müəllifi olub.
“Neftçi” ailəsi adından Səməd müəllimi təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq!